İranın ali rəhbəri Seyid Əli Xameneinin ənənəvi Novruz çıxışı koronavirus epidemiyası ilə əlaqədar təxirə salınıb.
“Mehr” xəbər verir ki, hər il martın 21-i Məşhəd şəhərində təşkil edilən çıxış təxirə salınmaqla yanaşı, vətəndaşlardan bayramla əlaqədar o şəhərə səfər etməmələri tövsiyə olunub.
İranda koronavirusdan ölənlərin sayı 237 nəfərdir. İndiyədək yoluxanların sayı isə 7 000-i ötüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 115 ölkədə qeydə alınıb/Report.