XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

10 Mart 2020 - 11:32

Şimali Kipr Türk Respublikasında koronavirus:almaniyalı qadın karantinə alındı

Şimali Kipr Türk Respublikasında (ŞKTR) koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

“Anadolu” xəbər verir ki, virusa yoluxmuş şəxs almaniyalı qadın turistdir.

Qeyd edək ki, 1974-cü ildə başlanan Kipr Hərəkatı nəticəsində 1976-cı ildə Kipr Türk Federal Dövləti yaradılıb. 1983-cü ildə isə Şimali Kipr Türk Respublikası öz müstəqilliyini bəyan edib. Şimali Kiprin müstəqilliyi təkcə Türkiyə tərəfindən tanınır. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə Şimali Kipr arasında münasibətlər yaranıb, Bakıda Şimali Kiprin rəsmi təmsilçiliyi fəaliyyət göstərir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 115 ölkədə qeydə alınıb/Report.