XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

10 Mart 2020 - 14:47

“Hər altı ildən bir 6 ay ölkəni silkələmək bəsdir” –Rusiyada Prezidentin Dövlət Şurasında seçilməsini təklif olunub

Rusiyada Prezidentin Dövlət Şurasının qərarı ilə seçilməsi təklif olunur.

Bu təkliflə Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski çıxış edib.

O, 2024-cü ildən etibarən ölkə başçısının Dövlət Şurasının qərarı ilə seçilməsini təklif edib.

“Hər altı ildən bir 6 ay ölkəni silkələmək bəsdir. Bizdə Konstitusiya orqanı var-Dövlət Şurası. Oraya ölkənin ən yaxşı insanlarını, ən yaxşı alimləri, deputatları, nazirləri, qubernatorları toplamaq lazımdır. Onların hamısı seçilmişlərdir. Qoy onlar dövlət başçısının kim olacağına qərar versinlər”, -deyə rusiyalı siyasətçi bildirib.

Onun sözlərinə görə, 2024-cü ilin mayında bu cür seçkiləri keçirmək olar/APA.