XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

10 Mart 2020 - 15:41

Rusiyalı idmançıda koronavirus aşkarlandı

Rusiyalı velosipedçi, “Qazprom-RusVelo” komandasının üzvü Dmitri Straxova koronavirus diaqnozu qoyulub.

Bu barədə komandanın rəsmi “İnstagram” səhifəsində məlumat paylaşılıb. İdmançı artıq xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, çoxgünlük “Birləşmiş Ərəb Əmirliklər turu” yarışı üçün Abu-Dabidə olan komanda üzvlərinin üçündən koronavirus testi götürülüb və yalnız Straxovun analizi müsbət nəticə verib.

Bu barədə danışan idmançı 5-ci testdən sonra koronavirusa yoluxduğu barədə ona məlumat verildiyini bildirib: “Xəstəxanaya getməli olduğumu dedilər. Analizin nəticələrini görməmişəm. Orada əlavə test götürdülər və söz verdilər ki, nəticələri yaxın vaxtlarda mənə də deyəcəklər. Özümü normal hiss edirəm. Bütün təhlükəsizlik tədbirlərinə əməl etmişəm. Ümid edirəm ki, hər şey tezliklə həllini tapacaq”.

Qeyd edək ki, çoxgünlük “Birləşmiş Ərəb Əmirliklər turu” yarışının ilk iki mərhələsi koronavirusa görə təxirə salınıb. Dmitri Straxov bu ildən “Qazprom-RusVelo” komandasında çıxış edir. (Report)