XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

04 Mart 2016 - 19:30

Rusiya Azərbaycana neft hasilatınıdondurmağı təklif etdi

neft-00

Rusiyanın energetika naziri Aleksandr Novak ümid etdiyini bildirib ki, Azərbaycan da neft hasilatının dondurulmasına qoşulacaq.

Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, Novak həmçinin Qazaxıstan və Azərbaycanın OPEK üzvü və digər neft hasil edən ölkələrin görüşündə iştirak edə biləcəklərini qeyd edib.

«Ümid edirik ki, bütün OPEK üzvü olan və olmayan ölkələr — Rusiya, Qazaxıstan, Azərbaycan, yəni neft ixrac edən ölkələr müvafiq qərarın çıxarılmasında iştirak edəcəklər», – RF energetika naziri belə deyib.

2016-cı ilin fevral ayının 16-da Doxada keçirilmiş görüşdə Rusiya, Səudiyyə Ərəbistanı, Qətər və Venesuela neft hasilatının yanvar ayı səviyyəsində dondurulması barədə razılığa gəliblər, amma o şərtlə ki, digər istehsalçılar da bu təşəbbüsə qoşulsunlar. Buna hazır olduqlarını bildirən ölkələr arasında Ekvador, Əlcəzair, Nigeriya, Oman, Küveyt, BƏƏ var. İran və İraq bu atılan addımlara dəstək verdiklıərini bildirsələr də, hələlik neft hasilatının dondurulmasına qoşulmaq barədə danışmaqdan çəkinirlər.