XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

10 Mart 2020 - 17:14

“Koronavirus məni də ziyarət etdi” –"Olimpiakos"un prezidenti koronavirusa yoluxdu

Yunanıstanın “Olimpiakos” futbol klubunun sahibi və prezidenti Evangelos Marinakisdə koronavirus aşkarlanıb.

Bu barədə o, şəxsi “İnstagram” hesabında məlumat paylaşıb.

E.Marinakis koronavirus testinin müsbət nəticə verdiyini açıqlayıb: “Koronavirus məni də ziyarət etdi. Bu barədə ictimaiyyəti məlumatlandırmaq məcburiyyətindəyəm. Özümü yaxşı hiss edirəm. Çünki bütün lazımi tədbirləri görüb, həkimlərin tövsiyyələrinə əməl edirəm. Bütün dostlarım və vətəndaşlarımıza da eynisini tövsiyyə edirəm”.

Qeyd edək ki, Yunanıstanda koronavirusa 89 yoluxma faktı qeydə alınıb/Report.