XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

04 Mart 2016 - 20:10

UEFA-ya yeni baş katib seçildi- FOTO

UEFA

Avropa futbol qurumunun sabiq baş katibi Canni İnfantino FİFA-nın yeni prezidenti seçildiyi üçün qurumun baş katibi vəzifəsinə yeni seçkilər keçirilib.

“Reuters” xəbər verir ki, martın 4-də UEFA-nın İcraiyyə Komitəsi tərəfindən qurumun yeni baş katibi seçilib. İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Teodor Teodoridis yeni baş katib təyin olunub. 2008-ci ildən UEFA-da fəaliyyət göstərən T.Teodoridis yeni vəzifəyə seçilənədək baş katibin müavini kimi işləyib.

Qeyd edək ki, UEFA-nın növbəti konqresi isə mayın 3-ə nəzərdə tutulub(Azərtac).