XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

10 Mart 2020 - 23:56

Aİ-də turizm sektoru koronavirus nəticəsində ziyana uğrayıb- 1 milyardlıq itki

Avropa İttifaqının turizm sektoru koronavirusun yayılması səbəbindən Çindən turist axınının kəsilməsi nəticəsində 1 milyard avro məbləğində ziyana uğrayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının Avro və sosial dialoq üzrə vitse-prezidenti Valdis Dombrovskis Brüsseldəki mətbuat konfransında bildirib.

“Vəziyyətin inkişafını müşahidə edirik. Virusun qarşısını almaq üçün görülən tədbirlərin nə qədər səmərəli olacağından çox şey asılıdır”, – deyən Aİ rəsmisi Avropa Komissiyasının 13 fevral tarixli qış proqnozunda avrozonada 1,2 faizlik iqtisadi artımın nəzərdə tutulduğu halda OECD-nin 2 mart tarixli proqnozunda bu artımın 0,8 faiz səviyyəsində gözlənildiyinə diqqət çəkib.