XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

10 Mart 2020 - 22:39

Fransa silah satışına görə dünyada üçüncü yerdədir- Rəqəmlər

Dünyada silah satışı 7,9 faiz artıb. Xüsusilə ən qaynar nöqtələrdən olan Yaxın Şərq bölgəsinə silah satışında son beş ildə əhəmiyyətli dərəcədə artım müşahidə edilir. Fransa həmişə olduğu kimi, ən böyük silah ixracatçıları arasında yer alıb.

Azərtac xəbər verir ki, bu barədə Sülh Naminə Beynəlxalq Tədqiqatlar İnstitutu (SIPRI) məlumat yayıb. İnstitutun məlumatına əsasən, idxalçı dövlətlərin tələbatında artım qeydə alınıb.

SIPRI-yə görə Yaxın Şərq ölkələrində silah idxalı 61 faiz çoxalıb. Səudiyyə Ərəbistanı dünyada Hindistanı qabaqlayaraq 130 faiz artımla bir nömrəli idxalçı ölkəyə çevrilib. ABŞ Səudiyyə Ərəbistanına silah ixrac edən ölkələr arasında ilk sıradadır – 73 faiz.

İnstitutun tədqiqatçısı Pieter Vezeman münaqişələr, gərginliklər və yeni münaqişə potensialının mövcud olduğu regiona – Yaxın Şərqə bu qədər silah ixrac edilməsinin xüsusilə narahatlıq doğurduğunu bildirib.

Məlumatda Fransanın Misir, Qatar və Hindistan kimi ölkələrə silah ixrac etdiyi bildirilib. Fransanın silah ixracına görə üçüncü yerdə qərarlaşdığı qeyd edilib. Son beş ildə Fransa silah bazarı dünyada silah satışının 7,9 faizini təşkil edib ki, bu göstərici 2010-2014-cü illərlə müqayisədə 73 faiz artıb. Bununla da 1990-cı ildən etibarən Fransa silah bazarının rekord səviyyəyə yüksəldiyi diqqətə çatdırılıb. Misir, Qətər və Hindistanın Fransaya sifariş verdiyi “Rafale” döyüş təyyarələri ölkənin ümumi silah ixracatının dörddə birini təşkil edir.

Məlumatda qeyd edilib ki, ABŞ 36 faizlə dünya silah bazarında liderliyini qoruyub saxlayır. Rusiya isə 21 faizlə ikinci yerdədir. Əvvəllər dünyada ən böyük silah idxalçısı olan Hindistanda silah idxalı 32 faiz, Pakistanda isə 39 faiz azalıb.