XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 March 2020 - 12:49

Duma konstitusiyaya dəyişikliklərlə bağlı qanun layihəsini qəbul etdi- III oxunuşda

Rusiya Dövlət Duması konstitusiyaya dəyişikliklərlə bağlı Prezident Vladimir Putin tərəfindən parlamentə təqdim olunan qanun layihəsini III oxunuşda qəbul edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Dumanın bu gün keçirilən plenar iclasında konstitusiyaya dəyişikliklərlə bağlı qanun layihəsi müzakirə olunaraq səsverməyə çıxarılıb.

Qanun layihəsinin lehinə 383 nəfər səs verib, 43 nəfər isə bitərəf qalıb. Qanun layihəsinin əleyhinə səs verən olmayıb.

Qanun layihəsi təsdiq üçün Rusiya Federasiya Şurasına göndərilib.

Federasiya Şurasının təsdiqindən sonra qanun layihəsi imzalanmaq üçün Rusiya Prezidentinə təqdim olunacaq.