XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

11 Mart 2020 - 14:28

Kiyevdə məktəblər və universitetlər bağlanır- Koronavirusa görə

“COVID-19″un yayılmasının qarşısını almaq üçün Ukraynanın paytaxtı Kiyevdə məktəblər və universitetlər bağlanacaq.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə şəhərin meri Vitali Kliçko deyib.

O bildirib ki, şəhərdəki bütün məktəblər və universitetlərdə martın 12-dən martın sonunadək tədris dayanacaq.

Mer əlavə edib ki, şəhərdə həmçinin konsertlər və konfranslar da daxil olmaqla bütün kütləvi tədbirlərin keçirilməsi məhdudlaşdırılacaq, əyləncə mərkəzləri və kinoteatrlar bağlanacaq.

Qeyd edək ki, indiyədək Ukraynada “COVID-19” virusuna 1 yoluxma halı qeydə alınıb.