XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

11 Mart 2020 - 19:24

İspaniyada daha bir deputat koronavirusa yoluxub

İspaniya parlamentinin daha bir üzvü Karlos Sambrano Qarsiya koronavirusa yoluxub.

Kadis şəhərini təmsil edən deputat hazırda öz evində karantin altındadır.

O, sağyönümlü “Vox” Partiyasının parlament fraksiyasının üzvüdür.

Qeyd edək ki, bundan əvvəl həmin partiyanın baş katibi, deputat Xavyer Orteqa Smitdə də koronavirus aşkarlanmışdı.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 121 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 121 735-ə çatıb. Bunların 66 943 nəfəri sağalıb, 4 382 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub. /Report