XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

12 Mart 2020 - 09:55

BMT Təhlükəsizlik Şurası iclas iştirakçılarını azaldacaq- Koronavirusa görə

Koronavirusun yayılması səbəbindən BMT Təhlükəsizlik Şurası hər nümayəndə heyətindən daha az sayda iştirakçı ilə görüşlər keçirəcək, lakin bu günə qədər iclasların sayı eyni qalacaq.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Çinin BMT-dəki daimi nümayəndəsi, Təhlükəsizlik Şurasının mart ayında sədri olan Çjan Tszyun bildirib.

Təkcə bu ayda BMT Təhlükəsizlik Şurası ondan çox iclas təyin edib. Adətən Təhlükəsizlik Şurasının 15 ölkəsinin hər birindən iclaslarda təxminən beş diplomat iştirak edir.

“Əsasən görüşlərdə iştirakçıların sayının azaldılmasının və görüşlərin formatının dəyişdirilməsinin zəruriliyini izah edən nota göndərdik. Hazırda bütün planlaşdırılan iclaslar qalır, hər bir nümayəndə heyətindən iştirakçıların sayını azaltmaq, ümumiyyətlə, kiçik bir məsləhət otağında baş tutan qapalı iclasları Təhlükəsizlik Şurasının daha geniş zallarına köçürə bilərik”, – deyə diplomat bildirib.

“Təlaşa düçməməliyik, ancaq bu binada koronavirusun yayılmasının qarşısını almaq üçün bütün tədbirləri görməliyik”, – deyə Tszyun əlavə edib.