XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Mart 2020 - 18:55

Bir Rusiya hərbçisi ölüb, iki mülki şəxs yaralanıb –Suriyada

Suriyanın Tartus bölgəsində Rusiya hərbçisi ölüb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Suriyadakı Hmeymim hərbi hava bazasından patrul xidmətinə çıxan hərbi avtomobillə mikroavtobusun toqquşması nəticəsində 1 Rusiya hərbçisi ölüb, 2 mülki şəxs yaralanıb.

Nazirlik hərbçinin müqavilə əsasında xidmət etdiyini bildirib. Rusiya rəsmi dairəsi hadisənin hücum deyil, yol-nəqliyyat hadisəsi olduğunu açıqlayıb/Report.