XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

12 Mart 2020 - 14:56

İspaniyada nazir koronavirusa yoluxdu –Bütün nazirlər koronavirus testindən keçəcək

İspaniyanın bərabərlik naziri İrene Monteroda koronavirus aşkarlanıb.

Bu hadisədən sonra ölkənin bütün nazirlərinin koronavirus testindən keçəcəyi bildirilib.

İspaniyanın baş naziri Pedro Sançez nazirlərlə iclasın videokonfrans şəklində olacağını açıqlayıb.

Qeyd edək ki, İspaniyada indiyədək 2 277 nəfər koronavirusa yoluxub. 55 nəfər virusun qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 125 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 126 673-ə çatıb. Bunların 68 327 nəfəri sağalıb, 4 641 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. /Report