Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusla bağlı bu gün hökumətin iclasını keçirib.
Strateq.az xəbər verir ki, bu barədə Türkiyə Prezidetntinin mətbuat katibi İbrahim Qalın məlumat verib.
O bildirib ki, iclasa ölkədəki təhsil müəssisələrinin martın 16-dək bağlanmasına qərar verilib: “Türkiyədə bütün orta məktəblərdə 16 mart tarixindən 1 həftəlik tətil olacaq, 23 martdan isə şagirdlər 1 həftə ərzində internet və televiziya vasitəsilə təhsillərini davam etdirəcəklər. Ali təhsil müəssisələrinin tələbələri isə 3 həftə tətilə buraxılıb”.