XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

13 Mart 2020 - 00:35

Çexiyada koronavirusa görə fövqəladə vəziyyət elan olundu –Ölkə sərhədləri bağlandı

COVID-19 pandemiyasına görə Çexiya hökuməti ölkədə fövqəladə vəziyyət elan edib.

Baş Nazir Andrej Babis bildirib ki, 15 ölkədən gələn səyahətçilər üçün ölkə sərhədləri bağlanıb. 

Onun sözlərinə görə, bu məhdudiyyət ilkin olaraq 30 gün davam edəcək.

Çexiya vətəndaşlarının Böyük Britaniya, İtaliya, İspaniya, Norveç, Hollandiya, Belçika, Danimarka, Fransa, Avstriya, Almaniya, Çin, Cənubi Koreya və İrana səfər etməsi də qadağan olunub.

Qeyd edək ki, indiyədək Çexiyada 96 nəfərin yeni koronavirusa yoluxduğu təsdiqlənib/APA.