XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

13 Mart 2020 - 09:11

 Olimpiya oyunlarının ləğvi istisna edilmir – Tomas Bax

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax koronavirus pandemiyasına görə Tokio Yay Olimpiya oyunlarının ləğvi imkanlarını tam istisna etməyib.

“Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini izləyəcəyik. Olimpiadanın ixtisas yarışları ilə bağlı problemləri unutmaq olmaz. Bəzi idman növlərində onlar əvvəlki kimi başa çatmayıb, deməli, təhdid altındadırlar. Biz belə şərtlərdə problemlərə son dərəcə çevik reaksiya verməyə məcburuq”, – deyə o bildirib.

Tomas Bax qeyd edib ki, 24 iyulda Olimpiya oyunlarının təntənəli açılış mərasiminin keçiriləcəyinə ümid edir. “Bizim dörd ay yarım vaxtımız var və onlardan istifadə etmək niyyətindəyik ki, oyunlar heç bir problemsiz keçsin”, – o əlavə edib.

Qeyd edək ki, Yay Olimpiya oyunları 24 iyul – 9 avqustda keçirilməlidir. (Report)