Fransa Futbol Federasiyası Liqa1 və Liqa2-dən başqa ölkədəki bütün futbol yarışlarını təxirə salıb.
Bunda məqsəd koronavirus pandemiyasının yayılma təhlükəsinin qarşısını almaqdır.
Federasiya prezidenti Noel Le Qrey açıqlamasında bunu təsdiqləyib: “Fransa liqalarının və bölgələrdəki bütün yarışların dayandırıldığını elan edirəm. Bütün yaş kateqoriyasındakı kişilər və qadınlar arasında, həmçinin həvəskar arasında çempionat, təlim-məşq toplanışları, futbol məktəblərinin məşqi martın 13-dən etibarən qeyri-müəyyən müddətə dayandırılır”.
Liqa1 və Liqa2 federasiyaya tabe olmadığından, qərar bu çempionatlara şamil edilməyib. Ancaq bu yarışlarda da mübarizənin təxirə salınması gözlənilir. (apa)