XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

05 Mart 2016 - 10:15

Polis keçmiş prezidentinevində axtarış aparıb

 

1457102336510238501_1000x669

Braziliya polisi “Petrobras” dövlət neft korporasiyasının fırıldaqçılığı ilə əlaqədar təhqiqat çərçivəsində ölkənin keçmiş prezidenti Luis İnasiu da Silvanın evində axtarış aparıb. Sabiq prezidentin saxlanıldığı bildirilir.

Azertag.az Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, polis həmçinin da Silvanın oğlu Fabio Luislə əlaqədar olan bir neçə ünvanı da yoxlayıb.

2011-ci ildə prezident postunu tərk edən Luis İnasiu da Silva korrupsiya ilə bağlı ünvanına səsləndirilən bütün ittihamları rədd edir. Müstəntiqlər onu villasını tikdirmək üçün tikinti kompaniyalarından rüşvət almaqda şübhəli bilirlər.

Xatırladaq ki, Braziliyada neft korporasiyasında qurulan korrupsiya sxemi ilə bağlı qalmaqal 2014-cü ilin yazında “Petrobras” kompaniyasının təminat üzrə keçmiş direktoru Paulu Roberto Kostanın həbsindən sonra başlayıb. Həmin vaxtdan indiyə qədər aralarında tanınmış siyasətçilər və biznesmenlərin də olduğu 100-dən çox şəxs həbs edilib.