XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Mart 2020 - 16:18

Latviya və Estoniyada fövqəladə vəziyyət elan edildi –Koronavirus səbəbindən

Avropanın daha iki ölkəsi – Latviya və Estoniyada koronavirusa görə fövqəladə vəziyyət elan edib.

Məlumatı “Deutsche Welle” yayıb.

Bildirilib ki, Estoniyada fövqəladə rejim tədbirləri 2020-ci il mayın 1-dək, Latviyada isə aprelin 14-dək davam edəcək.

Məlumata görə, bu müddət uzadıla bilər. Qərar martın 13-dən qüvvəyə minib. Bütün təhsil müəssislərində karantin tətbiq edilib. Bu günlərdə Latviyanın 90 məktəb və uşaq bağçalarında virusa yoluxma halı aşkar edilib.

Estoniyada Tallinn-Stokholm-Tallinn istiqaməti üzrə bilet satışı da dayandırılıb. Mayın 1-dək muzey, kinoteatrlar bağlanıb, konsertlər, konfrans və idman yarışları qadağan olunub.

Bu gün səhər saatlarına olan məlumata əsasən, Latviyada 16 nəfər, Estoniyada isə 27 nəfər koronavirusa yoluxma faktı qeydə alınıb. (report)