XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

13 Mart 2020 - 15:27

Almaniya Bundesliqası təxirə salınıb

Almaniya Bundesliqasının oyunları təxirə salınıb.

Bu barədə məlumatı Almaniya Futbol Assosiasiyası tvitter səhifəsi vasitəsilə yayıb.

Koronavirus epidemiyası təhlükəsini nəzərə alan qurum əsas Bundesliqa ilə yanaşı, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun da çıxış etdiyi Bundesliqa II-də mübarizə dayandırılıb. Martın 17-dən aprel ayının 2-dək bu liqalarda oyunlar keçirilməyəcək. Yəni 13-16-da baş tutacaq XXVI turdan sonra oyunlar olmayacaq.

Qeyd edək ki, koronavirus xəstəliyinin sürətlə yayılması səbəbindən Avropanın bir çox ölkəsində çempionat təxirə salınıb. (Apasport.az)