XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

13 Mart 2020 - 18:43

Nepal Himalay zirvələrini ekspedisiyalara bağlayıb –Turizm naziri

Nepal Everest zirvəsi də daxil olmaqla Himalay zirvələrini ekspedisiyalara bağlayıb.

“Reuters”in verdiyi xəbərə görə, Nepalın Turizm naziri Yogeş Bhattaray yaz mövsümü üçün mart-may ayları ərzində bütün zirvələrə ekspedisiyaların dayandırıldığını bildirib. Nazirin sözlərinə görə, bu, COVID-19 pandemiyası ilə mübarizədə atılan ehtiyat addımdır.

Dünyanın ən yüksək 14 dağının səkkizinə sahib olan Nepal hər il alpinistlərdən ekspidesiyalar üçün 4.4 milyon dollar icazə haqqı qazanır.

Qeyd edək ki, hazırda Nepalda bir nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb, o, Çində təhsil alan tələbədir. (apa)