XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

13 Mart 2020 - 19:41

Çexiyaya giriş-çıxışa qadağa qoyuldu

Çexiya hökuməti koronavirusla mübarizəni daha da gücləndirib.

BBC xəbər verir ki, Çexiya rəhbərliyi ölkəyə giriş-çıxışı bağlayıb.

Məlumata görə, hökumət xarici vətəndaşların (daimi yaşamaq icazəsi olanlar istisna olmaqla) ölkəyə girişini qadağan etməklə yanaşı, yerli sakinlər də ölkəni tərk edə bilməyəcək.

Qeyd edək ki, Çexiyada koronavirusa yoluxanların sayı 117 nəfərdir. Virusdan ölüm hadisəsi olmasa da, sağalanlar da qeydə alınmayıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 132 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 138 275-ə çatıb. Bunların 70 719 nəfəri sağalıb, 5 082 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.