XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

13 Mart 2020 - 20:45

“Rusiya AVRO-2020-ni keçirməyə hazırdır” –Baş nazirin müavini

“Rusiya AVRO-2020 ilə bağlı vəziyyətin istənilən istiqamətdə inkişafına hazırdır”.

TASS xəbər verir ki, bunu baş nazirin müavini Dmitri Çernışenko turnirin Rusiya hissəsinin hazırlanması və keçirilməsi üzrə Koordinasiya Şurasının iclasında deyib.

Onun sözlərinə görə, bunların sırasında Avropa çempionatının əlavə oyunlarını qəbul etmək variantı da var: “Belə bir təkliflə bizə müraciət olunsa, turnirin proqramını tam şəkildə genişləndirə və öz təklifimizi təqdim edə bilərik. Planlarımız var, hadisələrin inkişafını izləyəcəyik. Koordinasiya Şurası bəyan edir ki, Rusiya AVRO-2020-ni keçirməyə hazırdır. Rusiya genişmiqyaslı tədbirləri təşkil etməyə qadirdir”.

Qeyd edək ki, Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə qitənin 12 şəhərində – Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq.

Püşkatmanın nəticələrinə əsasən, açılış oyunu iyunun 12-də Romadakı “Olimpiko” stadionunda İtaliya və Türkiyə milliləri arasında olacaq. Bakı Olimpiya Stadionu (BOS) iyunun 13-də Uels-İsveçrə, iyunun 17-də Türkiyə-Uels, iyunun 21-də Türkiyə-İsveçrə matçlarına ev sahibliyi edəcək. İyulun 4-də isə BOS-da 1/4 final oyunlarından biri təşkil olunacaq. (Report)