XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

14 Mart 2020 - 15:20

NATO-nun keçmiş baş katibi koronavirusa yoluxub

NATO-nun keçmiş baş katibi Haviyer Solana koronavirusa yoluxub.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə sabiq baş katibə yaxın mənbə məlumat yayıb.

Mənbənin verdiyi məlumata görə, NATO-nun 77 yaşlı sabiq baş katibi Haviyer Solana martın 11-də Madriddə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin yaxşılaşdığı və həkim nəzarətində olduğu bildirilib.

Qeyd edək ki, Haviyer Solana 1995-1999-cu illərdə NATO-nun baş katibi, 1999-2009-cu illərdə Avropa İttifaqının Xarici Siyasət üzrə Ali Nümayəndəsi, 1992-1995-ci illərdə Baş nazir Felipe Gonzalezin başçılıq etdiyi hökumətdə İspaniyanın Xarici İşlər naziri olub.