XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

14 Mart 2020 - 19:10

Səudiyyə Ərəbistanı bütün beynəlxalq uçuşları dayandırır- Koronavirusa görə

Səudiyyə Ərəbistanı koronavirus pandemiyası ilə əlaqədar martın 15-dən bütün beynəlxalq uçuşların dayandırılacağını elan edib.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Cümə günü Səudiyyə Ərəbistanında koronavirusa daha 24 yoluxma faktı qeydə alınıb. Bununla da Krallıqda COVID-19 virusu daşıyıcılarının sayı 89 nəfərə çatıb.

Martın 13-nə olan məlumata görə, Səudiyyə Ərəbistanı da daxil olmaqla Körfəz Əməkdaşlıq Şurasının altı ölkəsində (Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Oman, Qətər, Bəhreyn) ümumilikdə 700 nəfər koronavirusa yoluxub.