XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

14 Mart 2020 - 19:52

Gürcüstan və Türkiyə arasında gediş-gəliş məhdudlaşdırıldı –Məhdudiyyətlər yük daşımalarına şamil olunmayacaq

Gürcüstan və Türkiyə arasında “Sarp” sərhəd-keçid məntəqəsindən gediş-gəliş müvəqqəti olaraq dayandırılıb.

Bu barədə birgə razılıq hər iki ölkənin hökuməti arasında əldə olunub.

Məhdudiyyətlər yük daşımalarına şamil olunmayacaq.

Razılığa əsasən, Gürcüstan-Türkiyə sərhədindəki digər gömrük keçid məntəqələri – “Vale” və “Kartsaxi” adi rejimdə fəaliyyət göstərəcəklər.

İki ölkə arasında hava əlaqəsi də davam etdiriləcək/Report.