XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

14 Mart 2020 - 23:58

Hindistan yeni tip koronavirusu “Ölkə səviyyəsində fəlakət” elan edib

Hindistanda yeni tip koronavirusa (COVID-19) yoluxanların sayı 84-ə çatıb. İndiyədək bu virus səbəbindən iki ölüm faktı qeydə alınıb.

Azərtac Hindistanın Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ölənlərin hər ikisi hipertoniya, diabet, astma kimi xroniki xəstəliklərdən əziyyət çəkirmişlər. Virusa yoluxanlarla yaxın təmasda olmuş təxminən 4 min nəfər nəzarət altına alınıb. İndiyədək 7 nəfər sağalaraq xəstəxananı tərk edib.

Hindistan hökuməti karantində olan Çinin Uxan şəhərindən öz vətəndaşlarını bir müddət öncə təxliyə edib. Virusun ən çox yayıldığı ölkələrdən olan İrandakı Hindistan vətəndaşlarını gətirəcək təyyarənin isə yaxın saatlarda Mumbay hava limanına enməsi gözlənilir. Bundan başqa, “Air India” şirkətinə məxsus təyyarənin İtaliyanın Milan şəhərində olan hind tələbələri də vətənə gətirməsi nəzərdə tutulub.

Hindistan hökuməti COVID-19-u ölkə səviyyəsində fəlakət elan edib. Virus səbəbindən ölənlərin ailələrinə təxminən 5200 ABŞ dolları kompensasiya veriləcək. Bəzi ştatlarda məktəblərdə dərslər martın 31-dək təxirə salınıb.

Qeyd edək ki, Dünya Səhiyyə Təşkilatının məlumatına əsasən, ötən ilin dekabrında Çində baş qaldırmış yeni koronavirus artıq 145 ölkəyə yayılıb. Dünya üzrə koronavirusa 150 min 134 nəfər yoluxub, 5617 nəfər ölüb, 73 min 731 nəfər isə sağalıb.