XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

15 Mart 2020 - 10:35

Metroda öskürüb, sərnişinlərin reaksiyasını videoya çəkən bloger həbs olundu –Qazaxıstanda

Qazaxıstanın Almatı şəhərində insanlarla zarafat edərək bunu videoya çəkən şəxs 10 sutkalıq müddətə həbs edilib.

RİA xəbər verir ki, bu barədə şəhər polisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 23 yaşlı bloger koronavirus xəbərləri fonunda əhali ilə qəddar zarafat edib. Belə ki, o metroda insanların üstünə öskürərək onlarda təşviş yaradıb. Öz hərəkətlərini videoya çəkərək internetə qoyan bloger bununla da hüquq mühafizə orqanlarının diqqətini çəkib.

Bloger artıq izləyicilərindən üzr istəyib. O, koronavirusa yoluxmadığını, bu hərəkəti ilə heç kimi qorxutmaq istəmədiyini də bildirib. /Oxu.az