XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

15 Mart 2020 - 10:14

Baş nazirinin həyat yoldaşı koronavirusa yoluxdu –İspaniyada

İspaniya Baş Naziri Pedro Sançesin həyat yoldaşı Begonia Qomez koronavirusa yoluxub.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Monkloa sarayında baş nazirə yaxın insanların qanı təhlil edilib: “Təhlillərin nəticəsində Baş nazirin həyat yoldaşı Begony Qomezin koronavirusa yoluxduğu aşkarlandı”.

Qeyd olunur ki, hazırda həm Qomez, həm də Baş nazirin vəziyyəti yaxşıdır. Onlar sarayda tibb işçilərinin nəzarəti altındadır. /APA