XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

15 Mart 2020 - 23:30

Yunanıstanda koronavirus:daha 103 nəfər virusa yoluxdu

Yunanıstanda daha 103 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin COVID-19 üzrə nümayəndəsi, professor Sotiris Siodras brifinq zamanı bildirib.

Onun sözlərinə görə, 49 yoluxma halı son sutka ərzində, 54 yoluxma halı isə əvvəlki sutka ərzində qeydə alınıb.

“Bu, ciddi artımdır. Virusun yayılmasının qarşısını altmaq üçün hər kəs qaydalara əməl etməlidir”, – Siodras belə deyib.

Ölkədə ümumilikdə 4000-dən çox laboratoriya müayinəsi aparılıb. Səkkiz yoluxmuş şəxs reanimasiya şöbələrində ağır vəziyyətdədir. Xəstəxanalarda cəmi 51 xəstə var. Siodras bildirib ki, 4 xəstə virusdan ölüb, 10 nəfər isə sağalaraq evə buraxılıb. /APA