XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

05 Mart 2016 - 11:33

Klinton həbs oluna bilər- Petisiya 100 min imza topladı

Bu, sabiq prezident Bill Klintonun dərhal həbs edilməsi üçün çağırışdır

Bill Klintonun həbs edilməsiylə bağlı petisiyanı təxminən yüz min nəfər imzalayıb.

Strateq.az report.az-a istinadən xəbər verir ki, Massaçusets ştatının baş prokuroru Maura Heyliyə ünvanlanmış müraciətdə sabiq prezidentin guya seçki günü seçki qanunlarını kobud şəkildə pozduğuna görə həbs və mühakimə edilməsi istənilir.

"Bu, seçki kampaniyasının qanunları kobud şəkildə pozan sabiq prezident Bill Klintonun dərhal həbs edilməsi üçün çağırışdır", – deyə petisiyada qeyd olunub.

Bundan əlavə, Berni Sandersi dəstəkləyənlərdən ibarət kiçik bir qrup bu gün Hökumət Evi qarşısında etiraz aksiyası keçirəcək. Onlar ştatda baş tutmuş ilkin seçimlərdəki səsvermənin yenidən keçirilməsinə çalışır.

Xatırladaq ki,B.Klintona qarşı ittihamlar sabiq prezidentlə Bostonun meri Marti Uolşun çərşənbə axşamı Qərbi Roksberidəki seçki məntəqəsinə daxil olub seçicilərlə görüşməsi, şəkillər çəkdirməsi, eləcə də volontyorlara təşəkkür etməsindən sonra başlayıb. M.Uolşun sözçüsü isə B.Klintonla merin seçki məntəqəsinə səfərinin məqsədinin təşviqat kampaniyası olmadığını bildirib.