XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

16 Mart 2020 - 21:59

370 min ölü, yüzminlərlə yaralı, milyonlarla qaçqın… –Suriya müharibəsi 10-cu ilə qədəm qoyur

Suriyada qanlı vətəndaş müharibəsi prezident Bəşar Əsədin Rusiya və İranın mühüm hərbi və siyasi dəstəyi ilə belə görünür hakimiyyəti öz əlində möhkəmləndirdiyi bir vaxtda 10-cu ilinə qədəm qoyur.

Münaqişə 2011-ci il martın 15-də suriyalıların Əsəd hökumətinə qarşı etirazları ilə başladı. Əsəd rejiminin başladığı qəddar repressiyalar 370 mindən çox insanın həyatını itirdiyi və milyonlarla insanın məcburi köçkün olduğu münaqişəyə gətirib çıxardı.

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen müharibənin ildönümü ilə bağlı deyib: “Suriya xalqının bu faciəli və dəhşətli on ildəki əzablarını hələ də anlamaq və təsəvvür etmək olmur”

BMT-nin baş katibi Antonio Quterreş bu həftə Twitter sosial şəbəkəsində yazıb ki, “on il davam edən döyüşlər xarabalıq vəəziyyətdən başqa bir şey gətirməyib.”

Suriya münaqişəsi bəzən Moskva və Tehranın Əsəd rejimini, Birləşmiş Ştatlar və Türkiyənin isə müxalif üsyançı qrupları dəstəkləməsi ilə böyük qüdrətlər arasında qarşıdurmaya bənzəyirdi.

İŞİD militant qrupu da müharibəyə qatıldı. Bütün tərəflər qrupa qarşıçıxdı. Qrup işğal etdiyi ərazilərdən çıxarılsa da, bəzi ekstremistlər ölkənin şimal-qərbindəki İdlib vilayətində istinadgahlarını saxlamağa davam edir.

“İnqilabın doqquz ili sürgün, bombardman və ölümlər arasında çəkdiyimiz əziyyətlərin miqyasını göstərir”, İdlib vilayətində insan hüquqları fəalı Hala İbrahim Fransa xəbər agentliyinə deyib.“Mənuniversiteti, bombalanmışevimitərketdim. Biz hər şeyi itirmişik”– deyə, o bildirib.

Suriya hərbi qüvvələri Rusiyanın hərbi təyyarələrinin dəstəyi ilə bölgədə qalan üsyançılara şiddətli zərbələr endirib. Bu bombardmanlar nəticəsində təxminən 500 mülki şəxsin öldüyü bildirilir. Lakin hava hücumlarında eyni zamanda, sərhəd bölgəsində bufer zonası yatarmağa çalışan Türkiyə hərbi qüvvələrinin 30-dan çox üzvü həlak olub. Bu inkişaflar Dəməşq və Ankara arsında silahlı qarşıdurma riskinin artmasına gətirib çıxarıb.

BMT milyondan çox insanın bölgəni tərk etmək məcburiyyətində qalmasını humanitar böhran adlandıraraq, bunun Avropada yeni miqrant böhranı təhlükəsi yarada biləcəyini bildirib. (azpolitika.info)