XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

17 Mart 2020 - 00:19

“Çempionluqla bağlı qərarı yerli federasiyalar verə bilər” –UEFA

Koronavirus infeksiyasının yayılması səbəbindən təxirə salınan milli çempionatların taleyi qeyri-müəyyən olaraq qalır.

UEFA Avropa ölkələrində çempionatla bağlı yaydığı açıqlamada birinciliklərdə liderlərin çempion elan edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirib.

Qitə futbol qurumundan bununla bağlı qərarın yerli federasiyalar tərəfindən veriləcəyi vurğulanıb: “UEFA-nın çempionu təyin etmək hüququ yoxdur. Buna yalnız yerli federasiyalar qərar verə bilər. Biz bu məsələ ilə bağlı heç nə edə bilmərik”.

Qeyd edək ki, sabah UEFA-nın üzv federasiyalarla videomüşavirəsi keçiriləcək və həm çempionatlar, həm avrokuboklar, həm də AVRO-2020-nin taleyi müzakirə olunacaq. (Apasport.az)