XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

17 Mart 2020 - 12:06

Gürcüstan XİN:"Rusiya ilə planlaşdırılan danışıqlar koronavirusa görə təxirə salınıb"

Gürcüstan və Rusiya arasında Cenevrədə keçirilməsi planlaşdırılan danışıqların 51-ci mərhələsi koronavirusa görə təxirə salınıb.

Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Bu barədə qərarı Cenevrə danışıqlarının Avropa İttifaqı, BMT və ATƏT-dən olan həmsədrləri qəbul ediblər.

Danışıqların növbəti mərhələsi 31 mart – 1 aprel tarixində keçirilməli idi.

XİN-dən qeyd olunub ki, beynəlxalq təşkilatların həmsədrləri danışıqların aparılması üçün yeni tarix təyin edəcəklər.

Qeyd edək ki, Gürcüstan və Rusiya arasında Cenevrə danışıqları 2008-ci ilin avqust müharibəsindən sonra başlayıb. İki ölkə arasında yeganə siyasi dialoq formatı olan Cenevrə danışıqlarının son mərhələsi ötən ilin noyabrında baş tutub/Report.