XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

17 Mart 2020 - 17:53

Avrokuboklarla bağlı qərar verildi – UEFA

UEFA koronavirus pandemiyasına görə dayandırılan Çempionlar Liqası (ÇL) və Avropa Liqası (AL) ilə bağlı qərar verib.

Avropa futbol qurumu hər iki turnirin 2020-ci ildə başa çatdırılmasını istəyir. Bu qərar 55 üzv milli assosiasiya ilə bugünkü video-konfransda açıqlanacaq.

Qərara əsasən, ÇL və AL-in matçları pandemiyanın təsiri azaldıqdan sonra qaldığı yerdən davam edəcək.

Avrokuboklar əvvəlcədən müəyyən olunmuş vaxtdan gec qurtaracağı üçün bu yay keçirilməli olan Amerika Kuboku da təxirə salınıb. UEFA bunu sözügedən turnirdə iştirak edən yığmaların üzvlərinin Avropa klublarında oynaması ilə əlaqələndirib.