XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

17 Mart 2020 - 22:04

Gürcüstanda karantini pozanlar cərimə və həbs olunacaq –Detallar

Gürcüstanda koronavirus epidemiyası zamanı karantin və özünütəcrid qaydalarının pozulmasına görə sanksiyalar tətbiq olunacaq.

Bununla bağlı Gürcüstan parlamentinin Hüquqi məsələlər üzrə komitəsi İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər hazırlayıb.

Sənədə əsasən, karantin qaydalarını pozan fiziki şəxslər 3 min lari (1 074 ABŞ dolları), hüquqi şəxslər isə 15 min lari (5 375 ABŞ dolları) məbləğində cərimə olunacaqlar.

Cərimənin ödənilməsindən asılı olmayaraq, qaydaları pozanlar məcburi qaydada karantin yerinə qaytarılacaqlar.

Qaydaları pozanlar bu hala təkrar yol verdikləri halda 6 aydan 1 ilədək müddətə azadlıqdan məhrum ediləcəklər.

Karantin qaydalarını Gürcüstan hökuməti təsdiq edəcək. Qanun dəyişiklikləri parlamentə mart ayının sonunda daxil olacaq/Report.