XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

17 Mart 2020 - 22:32

Türkiyə, Almaniya, Britaniya və Fransa liderləri arasında videokonfrans:nələr müzakirə olunub?

Türkiyə, Almaniya, Britaniya və Fransa liderlərinin videokonfrans vasitəsilə görüşü başa çatıb.

Məlumata görə, Rəcəb Tayyib Ərdoğan, Angela Merkel, Boris Conson və Emmanuel Makron arasındaki görüş 1 saat 15 dəqiqə çəkib.

İstanbulda Vahdəddin köşkündə yerli vaxtla saat 17:00-da başlayan videokonfransda liderlər İdlib mövzusunda, Türkiyə-Avropa İttifaqı münasibətləri ətrafında müzakirələr aparıblar.

Bundan başqa dördtərəfli videogörüşdə hazırda bütün dünyanın başlıca problemi olan koronavirus mövzusu da müzakirə olunub.

Qeyd edək ki, 4 liderin bu gün İstanbulda baş tutacaq görüşü keçən həftə koronavirus epidemiyası ilə əlaqədar ləğv olunaraq, vedokonfrans şəklində keçirilməsinə qərar verilib/APA.