XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

18 Mart 2020 - 09:21

ABŞ-da koronavirus:Ölənlərin sayı 100-ü ötdü

ABŞ-da koronavirusdan ölənlərin sayı 105 nəfərə çatıb.

TASS xəbər verir ki, bu rəqəm Cons Hopkins universitetinin məlumatlarında yer alıb.

Universitetin federal hakimiyyətdən və ştatların rəsmi nümayəndələrindən aldığı məlumatlara əsasən ölkədə 6 233 yoluxma halı qeydə alınıb. ABŞ-da virusa yoluxmuş 17 nəfər sağalıb.

CNN telekanalı da həmçinin bildirib ki, yoluxma halları artıq bütün 50 ştatda və Kolumbiya federal dairəsində aşkarlanıb. Daha əvvəl Qərbi Virciniya heç bir yoluxmanın aşkarlanmadığı yeganə ştat idi. Telekanal qeyd edib ki, indi koronavirusa yoluxma halları bu ştatda da qeydə alınıb. (report)