XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

18 Mart 2020 - 09:32

Şimali Makedoniya NATO-nun üzvü oldu –Stoltenberq

İspaniya parlamentinin Yuxarı Palatası Şimali Makedoniyanın NATO-ya üzv olması barədə sənədləri ratifikasiya edib.

“İnterfaks” xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq özünün “Twitter” səhifəsində yazıb.

“İspaniya Senatı yenicə Şimali Makedoniyanın NATO-ya qoşulmasını təsdiq etdi”, – deyə Stoltenberq sosial şəbəkədəki hesabında yazıb.

İspaniya həmin sənədləri NATO-nun 29 üzv ölkələrindən sonuncusu kimi ratifikasiya edib və bununla Şimali Makedoniyanın NATO üzvlüyünə yol açıb.

“Bununla bağlı bütün tərəfdaşlarımız (NATO üzrə) tezliklə 30-cu üzvümüz olacaq ölkəni qarşıladı. Şimali Makedoniyanı təbrik edirik”, – baş katib əlavə edib. (Report)