XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Mart 2020 - 12:59

ABŞ-ın neft ehtiyatları cüzi azalıb – API

Amerika Neft İnstitutunun (API) hesablamalarına əsasən, ötən həftənin (9-13 mart) yekunlarına görə, ABŞ-da neft ehtiyatları azalıb.

API-nin proqnozlarına əsasən, ABŞ-ın neft ehtiyatları 0,42 mln. barel azalaraq 452,6 mln. barel təşkil edib.

Qeyd edək ki, ABŞ neft ehtiyatlarının 3,3 mln. barel artacağı gözlənilirdi.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir. (apa)