XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

18 Mart 2020 - 13:48

UEFA Avropa çempionatının sayğacını yenilədi

UEFA bu yay keçirilməli olan Avropa çempionatının koronavirus pandemiyasına görə gələn ilə təxirə salınmasından sonra bəzi məlumatlarda dəyişiklik edib.

Qurumun rəsmi saytı xəbər verir ki, turnirin startına qədərki günləri sayan sayğac yenilənib. Yeni sayğacda Avropa çempionatına 450 gün qaldığı qeyd olunub.

Xatırladaq ki, AVRO-2020 gələn il 11 iyun – 11 iyul tarixlərində Avropanın 12 şəhərində keçiriləcək. Onların arasında Bakı da var. Qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 qarşılaşması Bakı Olimpiya Stadionunda təşkil olunacaq. (Report)