XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

18 Mart 2020 - 18:07

Ermənistanda koronavirus:444-ü hazırda karantində saxlanılır

Ermənistanda koronavirusa yoluxmada şübhəli bilinən 1 243 nəfər var.

“News.am” xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan martın 18-də “Facebook” səhifəsində canlı yayımda bildirib.

Onun sözlərinə görə, şübhəli bilinənlərdən 444-ü hazırda karantində saxlanılır: “Daha 799 nəfəri özünütəcridə çağırmışıq”.

Nikol Paşinyan 700-dən artıq testin keçirildiyini bildirib.

Qeyd edək ki, martın 18-nə olan məlumata əsasən, Ermənistanda 84 nəfərdə koronavirusa yoluxma aşkarlanıb/Report.