XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

18 Mart 2020 - 18:18

İspaniyada gün ərzində 2,5 min insan koronavirusa yoluxub​​​​​​​:"774 nəfərin vəziyyəti ağırdır”

İspaniyada yeni növ koronavirusa yoluxanların sayı son sutka ərzində 2 538 nəfər artıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyinin Xəbərdarlıq və Fövqəladə Hallar üzrə Koordinasiya Mərkəzinin direktoru Fernando Simon məlumat verib.

Onun sözlərinə görə, ölkədə ümumilikdə 13 716 virusa yoluxma halı qeydə alınıb.

“558 nəfər ölüb, 774 nəfərin vəziyyəti ağırdır”, – mərkəz direktoru söyləyib.

İspaniya hazırda yoluxanların sayına görə Avropada ikinci, dünyada dördüncü yerdədir. Beş mindən çox xəstə, ümumi sayın 42%-i xəstəxanalardadır, 8% yoluxmuş şəxs isə sağalıb. Martın 14-dən etibarən İspaniyada yüksək hazırlıq rejimi tətbiq olunub, insanların hərəkəti 15 günlüyə məhdudlaşdırılıb, şirkətlər işçilərini məsafədən iş rejiminə keçirib/Report.