XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Mart 2020 - 23:44

Serbiyada komendant saatı tətbiq olunub- Koronavirusla əlaqədar

Bu gecədən etibarən bütün Serbiya ərazisində komendant saatı tətbiq olunub.

Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə televiziya vasitəsilə xalqa müraciət edən Prezident Aleksandr Vuçiç əhalidən, xüsusən yaşı 60-ı ötmüş insanlardan evdən çıxmamağı xahiş edib.

Komendant saatı axşam 8-dən səhər 5-dək davam edəcək. Ölkə sərhədləri, xəstəxanalar və miqrasiya mərkəzləri əsgərlər tərəfindən qorunur. Aprelin 26-na təyin olunmuş parlament və bələdiyyə seçkiləri də təxirə salınıb.

Ölkə sərhədlərini bütün xaricilər üçün də bağlayıb. Habelə məktəb, ali təhsil ocaqları, idman müəssisələri, kütləvi iaşə obyektləri bağlanıb.

Hazırda ölkə üzrə 83 yoluxma faktı qeydə alınıb.