XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

19 Mart 2020 - 23:03

Çavuşoğlu 5 ölkənin XİN başçısı ilə görüşüb- Koronavirusla mübarizə yolları müzakirə olunub

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Kanada, Avstraliya, Braziliya, Cənubi Koreya və İtaliya Xarici İşlər nazirləri və Avropa İttifaqının (Aİ) Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi ilə koronavirus pandemiyasını müzakirə edib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN başçısı “Twitter”də bildirib.

“Kanada, Avstraliya, Braziliya, Cənubi Koreya və İtaliya Xarici İşlər nazirləri və Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi ilə ortaq telekonfrans keçirdik. Koronavirusla mübarizə çərçivəsində birlikdə atıla biləcək addımları müzakirə etdik”, – deyə M. Çavuşoğlu qeyd edib.