XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

19 Mart 2020 - 22:13

Türkmənistan İrana humanitar yardım göndərib- FOTO

Koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizə məqsədilə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Sərəncamı ilə İran İslam Respublikasına humanitar yardım göndərilib.

Humanitar yardım koronavirus infeksiyasının yaratdığı kəskin respirator xəstəliklərə qarşı zəruri ləvazimatlardan ibarətdir.

Xatırladaq ki, son məlumatlara görə, İranda yeni növ koronavirus qurbanlarının sayı 1284 nəfərə çatıb, xəstəliyə yoluxanların sayı isə 18 min 407 nəfərdir(azərtac).