Səudiyyə Ərəbistanında Məkkə və Mədinə xaricində bütün ümumi dini ibadətlər qadağan edilib.
Strateq.az “əl-Ərəbiyyə”-yə istinadla xəbər verir ki, koronavirusla əlaqədar, Məscidül-Həram və Məscidül-Nəbi istisna olmaqla, yoluxma hallarını minimuma endirmək üçün ölkə daxilindəki məscidlərdə camaat və Cümə namazı qılmağa icazə verilmir.
Səudiyyə kralı Salman COVİD-19-un sürətlə yayılmasına görə camaat və Cümə namazlarının yalnız müqəddəs Məkkə və Mədinə məscidlərində və məhdud şəkildə qılınacağını açıqlayıb.