XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 March 2020 - 14:33

Gürcüstan aviauçuşları dayandırır

Gürcüstan koronavirus infeksiyasının (Covid-19) yayılma riskini azaltmaq məqsədi ilə sabahdan hava nəqliyyatının hərəkətini tamamilə dayandıracaq.

APA-nın yerli bürosu xəbər verir ki, bunu bu gün Gürcüstan Baş nazirinin mətbuat katibi İrakli Çikovani keçirdiyi brifinqdə bildirib.

İ. Çikovani deyib ki, sabahdan etibarən hava hərəkəti tamamilə dayandırılacaq və yalnız Gürcüstan Hava Yolları tərəfindən hökumətlə kordinasiya edilmiş uçuşlar həyata keçiriləcək.